...

İstanbulda terror hücrəsi məhv edilib - DİN rəhbəri

Dünya xəbərləri Materials 28 Aprel 2022 02:33 (UTC +04:00)
İstanbulda terror hücrəsi məhv edilib - DİN rəhbəri

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərinin Sancaktepe rayonunda terror hücrəsi məhv edilib.

Trend xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində ölkənin daxili işlər naziri Süleyman Soylu yazıb.

"Sancaktepedə daha bir terror hücrəsi məhv edilib", - deyə nazir bildirib.

Onun sözlərinə görə, terrorla mübarizə bölməsi 3 terrorçunu yaxalayıb; 5 kq partlayışa hazır partlayıcı maddə, bomba mexanizmləri və xeyli silah-sursat ələ keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti