...

Əfqanıstanın şimalında partlayışlar baş verib, ölən və yaralılar var

Dünya xəbərləri Materials 29 Aprel 2022 01:08 (UTC +04:00)
Əfqanıstanın şimalında partlayışlar baş verib, ölən və yaralılar var

Bakı. Trend:

Əfqanıstanın şimalındakı Bəlx əyalətində iki partlayış nəticəsində azı 9 nəfər ölüb, 13 nəfər yaralanıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli təhlükəsizlik xidmətinin nümayəndələri məlumat verib.

Qeyd olunur ki, partlayışlar əyalətin inzibati mərkəzi olan Məzari-Şərif şəhərinin iki rayonunda baş verib.

Belə ki, avtomobillərə yerləşdirilmiş iki partlayıcı qurğu işə düşüb.

Zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti