...

Türkiyə BMT-nin səylərinə maksimum dəstək verməyə hazırdır - Ərdoğan

Dünya xəbərləri Materials 30 Aprel 2022 20:42 (UTC +04:00)
Türkiyə BMT-nin səylərinə maksimum dəstək verməyə hazırdır - Ərdoğan

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antoniu Quterreş arasında telefon danışığı olub.

Trend xəbər verir ki, Ukraynadakı hadisələrin müzakirə edildiyi telefon danışığı zamanı BMT-nin baş katibi R.T.Ərdoğana Moskva və Kiyevdə apardığı danışıqlar barədə məlumat verib.

R.T.Ərdoğan bildirib ki, Türkiyə həm Humanitar Təmas Qrupu, həm də təxliyə və humanitar yardımla bağlı BMT-nin apardığı tədqiqatlara maksimum dəstək verməyə hazırdır.

Türkiyə Prezidenti vurğulayıb ki, Ankara Ukrayna və Rusiyanı sağlam düşüncə ilə və barışıq əsasında hərəkət etməyə çağırır. R.T.Ərdoğan əlavə edib ki, Ankara qətiyyət və səmimiyyətlə bu böhranı aradan qaldırmaq, sülhə nail olmaq üçün səylərini davam etdirəcək.

Türkiyə Prezidenti həmçinin BMT-nin baş katibini ad günü münasibətilə də təbrik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti