...

Türkiyənin "Hürjet" təyyarəsi F-35-dən üstün olacaq - nazir müavini

Dünya xəbərləri Materials 30 Aprel 2022 23:04 (UTC +04:00)
Türkiyənin "Hürjet" təyyarəsi F-35-dən üstün olacaq - nazir müavini

Bakı. Trend:

Türkiyənin hazırladığı yüngül hücum təyyarəsi "Hürjet" xüsusiyyətlər baxımından ABŞ-ın beşinci nəsil F-35 qırıcısından üstün olacaq.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə sənayesi nazirinin müavini Sərdar Dəmir deyib.

"İlk təyyarəmiz - yüngül hücum təyyarəsi "Hürjet" gələn il ilk uçuşunu edəcək. Bizim qırıcımız F-35-dən daha təkmil xüsusiyyətlərə malikdir. Gələn il martın 18-də təyyarəni anqardan çıxaracağımıza ümid edirik", - deyə nazir müavini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti