...

Türkiyə ordusu Suriyada 2 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 3 May 2022 00:29 (UTC +04:00)
Türkiyə ordusu Suriyada 2 terrorçunu zərərsizləşdirib

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 2 YPG (PKK terror qruplaşmasının Suriya qolu) terrorçusunu zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, terrorçular "Zeytun budağı" əməliyyatı zonasında hərbçiləri atəşə tutublar.

"Türkiyə Silahlı Qüvvələri terrorçuların silahlı hücum cəhdlərinə qarşı cavab tədbirlərini davam etdirir", - deyə Nazirlikdən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti