...

Rusiyada səfərbərlik elan olunmayacaq - Dövlət Dumasının sədri

Dünya xəbərləri Materials 5 May 2022 23:48 (UTC +04:00)
Rusiyada səfərbərlik elan olunmayacaq - Dövlət Dumasının sədri

Bakı. Trend:

Rusiyada səfərbərlik elan olunmayacaq.

Trend xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin "Komsomolskaya Pravda" radiostansiyasına müsahibəsində bildirib.

"Yox, yox, yox", - deyə o, bununla bağlı sualı cavablandırıb. - Sizə həm efirdə, həm də efirdə olmadan bunu deyərəm".

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qələbə Günündə Rusiyada ümumi səfərbərlik elan etmək planları barədə məlumatları cəfəngiyat adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti