...

İsveç və Finlandiya NATO-nun qeyri-rəsmi görüşünə dəvət olunub

Dünya xəbərləri Materials 11 May 2022 15:52 (UTC +04:00)
İsveç və Finlandiya NATO-nun qeyri-rəsmi görüşünə dəvət olunub
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

NATO üzv ölkələrinin xarici işlər nazirlərinin mayın 14-15-də Berlində qeyr-rəsmi görüşü keçiriləcək.

Trend-in məlumatına görə, bunu Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Andrea Zasse deyib.

O bildirib ki, tədbirə İsveç və Finlandiyanın da XİN rəhbərləri dəvət edilib. Görüşün birinci günündə İsveçin xarici işlər naziri Ann Linde və Finlandiyanın xarici işlər naziri Pekka Haavistonun iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, bir müddət əvvəl İsveç və Finlandiya NATO-ya üzv olmağa hazırlaşdığını elan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti