...

Peruda avtobus dərəyə aşıb, çox sayda ölən var

Dünya xəbərləri Materials 16 May 2022 08:47 (UTC +04:00)
Peruda avtobus dərəyə aşıb, çox sayda ölən var

Bakı. Trend:

Perunun Ankaş departamentində sərnişin avtobusu dərəyə aşıb.

Trend "ANDİNA" agentliyinə istinadən xəbər verir ki, Tayabamba şəhərindən ölkənin paytaxtı Lima şəhəri istiqamətində hərəkət edən avtobusun qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub, 35 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, nəqliyyat vasitəsi təxminən 100 metr hündürlükdən dərəyə aşıb. Qəzanın səbəbi hələ müəyyən edilməyib.

Xəsarət alan sərnişinlər Siuas şəhər xəstəxanasına çatdırılıb. Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti