...

Zelenski İtaliyanın baş naziri ilə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

Dünya xəbərləri Materials 22 May 2022 06:39 (UTC +04:00)
Zelenski İtaliyanın baş naziri ilə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimr Zelenski və İtaliyanın baş naziri Mario Dragi arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə V.Zelenski özünün "Twitter" səhifəsində paylaşım edib.

"Mario Draginin təşəbbüsü ilə telefon danışığımız oldu. Biz müdafiə sahəsində əməkdaşlıqdan, 6-cı sanksiyalar paketinin tətbiqinin sürətləndirilməsinin və Ukrayna limanlarının açılmasının zəruriliyindən danışdıq", - deyə V.Zelenski bildirib.

O əlavə edib ki, İtaliyaya Avropa İttifaqına gedən yolda Ukraynaya qeyd-şərtsiz dəstəyə görə təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti