Bakı. Trend:
Tokioda səfərdə olan ABŞ prezidenti Co Bayden və Yaponiyanın baş naziri Fumio Kişida Yaponiyanın üç obyektindən yüksək zənginləşdirilmiş uranın ABŞ-a uğurla təhvil verildiyini açıqladılar.
Trend xəbər verir ki, bunu ABŞ-ın Energetika Nazirliyindən bildiriblər.
Məlumata əsasən, uran mart ayında Tennessi və Cənubi Karolina ştatlarına çatdırılıb, lakin bu barədə yeni açıqlama verilir. Bildirilib ki, uranın ABŞ-a çatdırılması Böyük Britaniya ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib.
Qeyd edilib ki, ABŞ-da uran aşağı səviyyəli zənginləşdirilmiş urana qədər təkrar emal ediləcək və/və ya utilizasiya olunacaq ki, bu da ondan əldəqayırma nüvə partlayıcısının hazırlanmasında istifadə riskini birdəfəlik azaldacaq.