...

Alp dağlarında buzlağın uçması nəticəsində ölən və yaralananlar var

Dünya xəbərləri Materials 28 May 2022 08:12 (UTC +04:00)
Alp dağlarında buzlağın uçması nəticəsində ölən və yaralananlar var

Bakı. Trend:

Alp dağlarının İsveçrə ərazisində buzlağın uçması nəticəsində iki alpinist ölüb, eyni sayda alpinist isə ağır yaralanıb.

Trend "Reuters" agentiliyinə istinadla xəbər verir ki, bu barədə Vale kantonu polisi məlumat yayıb.

Ölənlər Fransa və İspaniya vətəndaşlarıdır.

Hadisə Qrand Kombin dağ silsiləsinin 3 400 metr hündürlüyündə baş verib.

Ərazidə ümumilikdə 17 alpinist olub. Qalan alpinistlər helikopterlə təxliyə edilib.

Prokurorluq hadisənin baş vermə şəraitini araşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti