...

Moskvada biznes mərkəzində yanğın olub (VİDEO)

Dünya xəbərləri Materials 3 İyun 2022 12:32 (UTC +04:00)
Moskvada biznes mərkəzində yanğın olub (VİDEO)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Moskvada "Qrand Setun Plaza" biznes mərkəzində yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 2 nəfər xəsarət alıb.

Yanğın 10 mərtəbəli binanın dörd orta mərtəbəsində qeydə alınıb. Xilasedicilər binadan 125 nəfəri təxliyə edə bilib.

Yanğının söndürülməsi üçün 40-dan çox texnika, 180 nəfər yanğınsöndürən cəlb edilib. Yanğının lokallaşdırıldığı deyilir.

Hadisənin qısaqapanma nəticəsində baş verdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti