Bakı. Trend:
Filippinin Sorsoqon əyalətində vulkan püskürməsi ilə əlaqədar 216 nəfər yaşayış yerindən təxliyə olunub.
Trend-in məlumatına görə, bu barədə əyalətin qubernatoru bildirib.
Qeyd olunur ki, təxliyə olunanların böyük əksəriyyəti 18 yaşadək uşaqlardır. Qubernatorun sözlərinə görə, yeni püskürmə olmayacağı təqdirdə sakinlər iki-üç gün ərzində evlərinə qayıda bilər.
Filippindəki Bulusan vulkanı ötən gün 17 dəqiqə ərzində püskürüb və 150 metr hündürlüyədək kül sovurub.
Püskürmədən sonra bölgədə 29 vulkanik zəlzələ qeydə alınıb.