...

İtaliya polisi 4 tondan çox kokain müsadirə edib

Dünya xəbərləri Materials 7 İyun 2022 11:36 (UTC +04:00)
İtaliya polisi 4 tondan çox kokain müsadirə edib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın maliyyə polisi Triyest şəhərində keçirilmiş xüsusi əməliyyat nəticəsində 4,3 ton kokain müsadirə edib.

Trend-in məlumatına görə, bu, Avropada ələ keçirilmiş ən böyük həcmli müsadirələrdən biri olub.

Qeyd olunur ki, narkotik vasitə Kolumbiyada fəaliyyət göstərən "Körfəz klanı"na məxsus olub.

İtaliya mətbuatının məlumatına əsasən, ABŞ və Kolumbiya hüquq-mühafizə orqanlarının da daxil olduğu gizli əməliyyat bir ilə yaxın davam edib. Yekunda 4 tondan çox narkotik vasitənin müsadirəsi ilə yanaşı, İtaliya, Kolumbiya, Sloveniya, Xorvatiya, Bolqarıstan, Niderlandda 38 nəfər saxlanılıb.

Müsadirə olunan kokainin ümumi qiyməti 240 milyon dollar dəyərində qiymətləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti