...

Çində qırıcı yaşayış evinə düşüb, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 9 İyun 2022 11:01 (UTC +04:00)
Çində qırıcı yaşayış evinə düşüb, ölən və yaralananlar var
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Hubey əyalətində Hərbi Hava Qüvvələrinə məxsus J-7 qırıcısı qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qırıcının yaşayış evinin üzərinə düşməsi nəticəsində bir nəfər ölüb, daha iki nəfər isə yaralanıb.

Qeyd olunur ki, ölən və xəsarət alanlar evin sakinləri olub. Təyyarənin pilotu katapul edərək xilas ola bilib.

Qəza təyyarənin təlim uçuşu keçirdiyi zaman baş verib. Qəza nəticəsində yaşayış evində yanğın baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti