Bakı. Trend:
Rusiyada SARS-CoV-2 virusunun genomuna aid olan BA.4 omikron ştamının subvariantı aşkar edilib.
Trend "TASS"a istinadla xəbər verir ki, bu barədə bazar günü jurnalistlərə "Rospotrebnadzor" Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun genomik tədqiqatlar laboratoriyasının rəhbəri Kamil Hafizov məlumat verib.
Onun sözlərinə görə, subvariantın aşkar olunduğu nümunə may ayının sonlarında götürülüb.
Ekspert əlavə edib ki, hazırda Rusiyada BA.2 və onun alt variantları üstünlük təşkil edir. Onlar yoluxmaların təxminən 95%-ni təşkil edir.