...

Misir 16 yaşdan kiçik uşaqların piramidaları ziyarət etmələrini qadağan edib

Dünya xəbərləri Materials 13 İyun 2022 23:33 (UTC +04:00)

Bakı. Trend:

Misir hakimiyyəti bayram və istirahət günlərində böyüklərin müşayiəti olmadan 16 yaşdan kiçik uşaqların Qahirədə Böyük Piramidalara səfərini qadağan etmək qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə "Egypt Independent" nəşri xəbər verib.

"Cümə və şənbə günləri [Misirdə istirahət günləri] və bayram günlərində 16 yaşdan kiçik uşaqlar böyüklərin müşayiəti olmadan və ya şəxsiyyəti vəsiqəsi olmadan piramidalara buraxılmayacaqlar", - deyə qeyd olunub.

Məlumata əsasən, qərar iyul ayından qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti