...

Çin 10 il ərzində nüvə arsenalını 3-4 dəfə artıra bilir - Pentaqon

Dünya xəbərləri Materials 15 İyun 2022 08:09 (UTC +04:00)
Çin 10 il ərzində nüvə arsenalını 3-4 dəfə artıra bilir - Pentaqon

Bakı. Trend:

Çin növbəti on il ərzində nüvə arsenalını üç və ya dörd dəfə artıra bilər.

Trend xəbər verir ki, bu proqnozla ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kol çıxış edib.

Onun sözlərinə görə, iki nüvə dövləti (Rusiya və Çin nəzərdə tutulur - red.) ilə - kəmiyyət və keyfiyyət baxımından bərabər - üz-üzə dayanmaq perspektivi yeni bir fenomen olardı. Hal-hazırda bunu çüşahidə etmirik, lakin 2030-cu illərdə bu belə ola bilər", - K. Kol vurğulayıb.

Eyni zamanda, nazir müavini qeyd edib ki, ABŞ özünün nüvə silahlarını ilk növbədə çəkindirmə vasitəsi hesab edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti