Bakı. Trend:
Böyük Britaniyanın daxili işlər naziri Priti Patel "Wikileaks" saytının təsisçisi Culian Assanjın ABŞ-a ekstradisiya olunması ilə bağı qərar verib.
Trend-in məlumatına görə, bu barədə nazirliyin açıqlamasında deyilir.
Xatırladaq ki, aprel ayında Londonun Vestminster magistrat məhkəməsi C.Assanjın ABŞ-a ekstradisiyası ilə bağı hökm vermişdi. Bununla bağlı yekun qərarı daxili işlər naziri təsdiq etməli idi.
Eyni zamanda, "Wikileaks" nazirin qərarı il bağlı Londonun Yüksək məhkəməsinə apellyasiya şikayəti verəcəyini bildirib.
Xatırladaq ki, C.Assanj ABŞ hökuməti tərəfindən məxfi məlumatların ictimailəşdirilməsində ittiham olunur. Ona ABŞ-a ekstradisiya olunacağı təqdirdə 175 il müddətinə həbs cəzası verilə bilər.