...

Dünyada qaçqın düşən uşaqların sayı 36,5 milyon nəfərə çatıb

Dünya xəbərləri Materials 18 İyun 2022 06:42 (UTC +04:00)
Dünyada qaçqın düşən uşaqların sayı 36,5 milyon nəfərə çatıb

Bakı. Trend:

Evlərini tərk etməyə məcbur olan uşaqların sayı 2021-ci ilin sonunda 36,5 milyon nəfər təşkil edib ki, bu da İkinci Dünya Müharibəsinin bitməsindən bəri ən yüksək rəqəmdir.

Trend-in məlumatına görə, bu barədə YUNİSEF xəbər verib.

"UNICEF-in hesablamalarına görə, 2021-ci ilin sonuna olan məlumata görə, münaqişə, zorakılıq və digər böhranlar nəticəsində rekord sayda 36,5 milyon uşaq evlərini tərk edib ki, bu da İkinci Dünya Müharibəsinin bitməsindən bəri ən yüksək göstəricidir", - deyə təşkil bildirib.

Qeyd olunub ki, bu rəqəmə xaricə sığınacaq istəyən 13,7 milyon qaçqın uşaq və demək olar ki, 22,8 milyon məcburi köçkün azyaşlı daxildir:

"Ümumiyyətlə, son 10 ildə dünyada qaçqın və məcburi köçkünlərin sayı iki dəfə artıb və onların yarıdan çoxunu uşaqlar təşkil edir. Bu uşaqların üçdə birindən çoxu Saharadan cənubdaki Afrika ölkələri, dörddə biri Avropa və Mərkəzi Asiyada, 13 faizi Yaxın Şərq və Şimali Afrikada yaşayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti