...

Yaponiyada güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 20 İyun 2022 06:14 (UTC +04:00)
Yaponiyada güclü zəlzələ baş verib

Trend-i buradan izləyin

Bakı. Trend:

Yaponiyanın Xonsyu adasının mərkəzi hissəsində, Yaponiya dənizi sahilində 5 bal gücündə zəlzələ qeydə alınıb.

Trend "TASS"a istinadla xəbər verir ki, bu barədə ölkənin meteorologiya idarəsi məlumat yayıb.

Qeyd olunub ki, sunami təhlükəsi yoxdur.

Yeraltı təkanların episentri Noto yarımadasındakı İşikava prefekturasında olub. Zəlzələnin ocağı təxminən 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Yeraltı təkanlar Yaponiya dənizi sahillərində bir sıra prefekturaların sakinləri tərəfindən hiss olunub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti