...

ABŞ-da şənlik zamanı atışma olub, yaralananlar var

Dünya xəbərləri Materials 26 İyun 2022 22:30 (UTC +04:00)
ABŞ-da şənlik zamanı atışma olub, yaralananlar var

Bakı. Trend:

ABŞ-ın Takoma şəhərində (Vaşinqton ştatı) şənlik zamanı atışma baş verib.

Trend "CNN" telekanalına istinadən xəbər verir ki, polis insident barədə bir neçə dəfə məlumat alıb, hadisə yerində çox sayda insan olub.

Bildirilir ki, atışma zamanı azı 8 nəfər yaralanıb. Onlar xəstəxanaya çatdırılıb, yaralılar yüngül xəsarətlər alıblar.

İnsidentlə əlaqədar saxlanılan və ya şübhəli şəxslər barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti