...

Fransada COVID-19 ilə bağlı vəziyyət pisləşir

Dünya xəbərləri Materials 28 İyun 2022 07:07 (UTC +04:00)
Fransada COVID-19 ilə bağlı vəziyyət pisləşir

Bakı. Trend:

Fransanın səhiyyə naziri Bricit Burginyon COVID-19 ilə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar ölkə vətəndaşlarını yenidən ictimai nəqliyyatda maska ​​taxmağa çağırıb.

Trend xəbər verir ki, bu barədə nazir yerli telekanallarda çıxışı zamanı bildirib.

"Mən əhalini ictimai nəqliyyatda maska ​​taxmağa çağırıram. Bu, qərar deyil, xahişdi", - Bricit Burginyon vurğulayıb.

Bundan başqa, nazir qapalı məkanlarda da tibbi maska taxmağı tövsiyə edib.

Hazırda Fransada gündəlik 60 min civarında koronavirusa yoluxma halı qeydə alınır. Ölkə hakimiyyəti bunu koronavirus pandemiyasının yeddinci dalğası adlandırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti