...

Yaponiya qlobal ərzaq böhranı ilə mübarizəyə 200 milyon dollar ayıracaq

Dünya xəbərləri Materials 28 İyun 2022 08:26 (UTC +04:00)

Bakı. Trend:

Yaponiya hökuməti qlobal ərzaq təhlükəsizliyi sahəsində qeyri-stabil vəziyyəti stabilləşdirmək üçün 200 milyon dollar ayıracaq.

Trend "İnterfaks"a istinadla xəbər verir ki, bu barədə Almaniyada keçirilən "Böyük yeddilik" zirvə görüşündə iştirak edən baş nazir Fumio Kişida bildirib.

Yaponiya liderinin açıqladığı vəsait Ukraynaya, eləcə də ərzaq məhsullarının qiymətlərinin kəskin artmasından ağır zərbə alan Yaxın Şərq və Afrika ölkələrinə yardım məqsədi ilə ayrılacaq.

Nəşr bildirir ki, ərzaq təhlükəsizliyi G7 liderlərinin sammitində müzakirə olunan əsas mövzulardan biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti