...

Rusiyada helikopter sərt eniş edib, xəsarət alanlar var

Dünya xəbərləri Materials 29 İyun 2022 23:30 (UTC +04:00)
Rusiyada helikopter sərt eniş edib, xəsarət alanlar var

Bakı. Trend:

Rusiya Federasiyasının Yakutiya bölgəsində Mi-8 helikopteri sərt eniş edib.

Trend xəbər verir ki, bu barədə "İnterfaks"a ölkənin Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Məlumata əsasən, helikopterin göyərtəsində 3-ü heyət üzvü olmaqla 23 nəfər olub.

Sərt eniş nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə xilasedicilər cəlb edilib. İnsidentlə bağlı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti