...

Kanadada meymunçiçəyinə yoluxma halları artmaqda davam edir

Dünya xəbərləri Materials 7 İyul 2022 07:51 (UTC +04:00)
Kanadada meymunçiçəyinə yoluxma halları artmaqda davam edir

Bakı. Trend:

Kanadada meymunçiçəyi xəstəliyinə yoluxma hallarının sayı artmaqda davam edir və 358-ə çatıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

"[Kanadanın] əyalətləri və ərazilərində iyulun 6-na olan məlumata görə, 358 meymunçiçəyinə yoluxma halı qeydə alınıb. Mütəxəssislər yerlərdəki həmkarları ilə birlikdə hazırda tədqiqatlar aparır, tədqiqatlar bitdikdən sonra aşkarlanan yoluxma hallarının sayı arta bilər", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, bu günə kimi yoluxma halları ölkənin dörd regionunda qeydə alınıb. Ən çox yoluxma Kvebek əyalətindədir - 236.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti