Bakı. Trend:
İndoneziyada G20 ölkələri xarici işlər nazirlərinin iclası çərçivəsində Türkiyə və Rusiyanın XİN rəhbərləri Mövlud Çavuşoğu ilə Sergey Lavrov arasında görüş keçirilib.
Trend bu barədə DHA agentliyinə istinadən məlumat verir ki, bunu M.Çavuşoğlu bildirib.
Qeyd olunub ki, nazirlərin görüşü zamanı Ukraynadkı vəziyyət, ərzaq təhlükəsizliyi, Suriyadakı proseslər kimi məsələlər müzakirə olunub.
İndoneziyada G20 XİN rəhbərlərinin iclası iyulun 7-8-də keçirilir.