Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsrailin baş naziri Yair Lapid arasında telefon danışığı olub.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunkasiya İdarəsindən bildiriblər.
Bildirilib ki, telefon danışığı İsrail tərəfinin təşəbbüsü ilə baş tutub.
Yair Lapid Qurban bayramı münasibətilə R.T.Ərdoğana zəng edib. Telefon danışığı zamanı Türkiyə və İsrail prezidentləri ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.
Türkiyə prezidenti Yair Lapidi hökumət başçısı vəzifəsinə başlaması münasibətilə təbrik edib.
Ərdoğan noyabrın 1-nə təyin olunan seçkilərin İsrail xalqına uğurlar gətirməsini arzulayıb.