...

İrəvanın hava limanına bomba qoyulması ilə bağlı məlumat yayılıb

Dünya xəbərləri Materials 14 İyul 2022 01:58 (UTC +04:00)
İrəvanın hava limanına bomba qoyulması ilə bağlı məlumat yayılıb

Bakı. Trend:

Ermənistan Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İrəvanın "Zvartnots" beynəlxalq hava limanına bomba qoyulması ilə bağlı məlumat daxil olub.

Trend bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.

"İyulun 13-də saat 19:19-da Ermənistan Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə "Zvartnots" beynəlxalq hava limanına bomba qoyulması barədə məlumat daxil olub. Hadisə yerinə yanğınsöndürən-xilasedicilərdən ibarət döyüş dəstəsi, kinoloji xidmətin mütəxəssisləri və tibbi briqada göndərilib", - deyə Ermənistan FHN-in açıqlamasında deyilir.

Qeyd edilir ki, axtarış zamanı partlayıcı qurğu aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti