Bakı. Trend:
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya bazarını tərk edən şirkətlərin ölkədə yerləşdirilməsi üçün əlverişli şəraitin yaradılması barədə tapşırıq verib.
Trend-in məlumatına görə, o, bu barədə hökumətin iclası zamanı deyib.
"Biz investisiya kapitalı uğrunda qlobal mübarizənin şahidi oluruq. Rusiyada fəaliyyəti göstərən 1,4 minə yaxın şirkətdən demək olar ki, hər ikinci şirkət bazarı tamamilə və ya qismən tərk edib. Hökumət bu şirkətlərin Qazaxıstanda yerləşdirilməsi üçün əlverişli şərait yaratmalıdır", - deyə K.Tokayev bildirib.
O vurğulayıb ki, bu addım Qazaxıstana məhsul istehsalının genişləndirilməsi üçün imkanlar yaradacaq.