...

Türkiyə yanvar-iyun aylarında İrana xalça ixracını 9 milyon dolara qədər artırıb

Dünya xəbərləri Materials 14 İyul 2022 12:00 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2022-ci ilin yanvar-iyun aylarında İrana xalça ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 104,3 faiz artıraraq 9 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyun ayında Türkiyə İrana xalça ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə artıraraq 2 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 faiz azalaraq 1,4 milyard dollara bərabər olub.

Bu ilin iyun ayında Türkiyə 226 milyon dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 24 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2021-iyun 2022) Türkiyə 2,9 milyard dollar məbləğində xalça ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti