...

İtaliyada Mario Draqini istefaya getməməyə çağırıblar

Dünya xəbərləri Materials 17 İyul 2022 07:28 (UTC +04:00)
İtaliyada Mario Draqini istefaya getməməyə çağırıblar

Bakı. Trend:

Müxtəlif partiyaların nümayəndələri, o cümlədən İtaliyanın ən böyük şəhərlərinin merləri baş nazir Mario Draqini istefaya getməməyə çağırıblar.

Trend-in məlumatına görə, bu barədə "Corriere Della Sera" qəzeti xəbər verib.

"Əksəriyyətin bir hissəsinin məsuliyyətsiz davranışı nəticəsində yaranan hökumət böhranının etimadsızlıq və narahatlıqla şahidi oluruq. Bizim şəhərlərimiz bu gün hərəkətsizlik və bölünmə anlamına gələn böhranı yaşamağa imkan vermək istəmir", - deyə bildirilib.

Məlumata əsasən, baş nazir postundan getməmək üçün müraciətə həkim, əczaçı, tibb bacısı kimi tibb işçiləri qoşulub. Onlardan əlavə, müraciəti İtaliya vilayətlərinin qubernatorları da dəstəkləyə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti