...

İtaliyanın baş naziri Draqi istefa verməyi planlaşdırır

Dünya xəbərləri Materials 21 İyul 2022 01:37 (UTC +04:00)
İtaliyanın baş naziri Draqi istefa verməyi planlaşdırır

Bakı. Trend:

İtaliyanın baş naziri Mario Draqi bu gün istefa qərarı barədə elan etmək niyyətindədir.

Trend-in verdiyi məlumata görə, M.Draqi bu qərarı cümə axşamı səhər Deputatlar Palatası üzvlərinin iclasının əvvəlində elan edəcək.

Bundan sonra o, İtaliya prezidentinin yanına getməyi və istefa ərizəsini təqdim etməyi planlaşdırır.

Baş naziri belə bir addım atmağa çərşənbə günü axşam onun hökuməti üçün çətin keçən Senatdakı səsvermədən sonra qərar verib. Senatorlar bir tərəfdən Nazirlər Şurasına etimad haqqında qətnaməni dəstəkləyiblər, digər tərəfdən isə İtaliyada aparıcı partiyaları birləşdirən koalisiyanın, əslində, artıq mövcud olmadığı məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti