...

İran nüvə silahının hazırlanması üzərində işləmir - MKİ

Dünya xəbərləri Materials 21 İyul 2022 07:31 (UTC +04:00)
İran nüvə silahının hazırlanması üzərində işləmir - MKİ

Bakı. Trend:

İran nüvə silahının hazırlanması üzərində işləmir, baxmayaraq ki, bunun üçün lazım olan uranı zənginləşdirmək qabiliyyətini xeyli artırıb.

Trend xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns ABŞ-ın Kolorado ştatında keçirilən illik Aspen İnstitutunun təhlükəsizlik forumunda çıxışında deyib.

Onun sözlərinə görə, indi İran “bir ildən çox deyil, bir neçə həftəyə” nüvə bombası hazırlaya biləcək. "ABŞ kəşfiyyatının hesablamalarına görə, Tehran nüvə silahının yaradılması üzərində işləri bərpa etməyib", - deyə U.Börns bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti