Bakı. Trend:
Koronavirusa yoluxan ABŞ prezidenti Co Bayden özünü daha yaxşı hiss edir.
Trend-in məlumatına görə, bu barədə C.Baydenin həkimi Kevin O'Konnor deyib.
Həkim bildirib ki, onun əsas simptomlarına indi boğaz ağrısı, burun axması, yaş öskürək və bədən ağrıları daxildir.
K.O'Konnorun sözlərinə görə, C.Baydenin nəbzi, qan təzyiqi, tənəffüsü və temperaturu "normaldır". O əlavə edib ki, prezidentin vəziyyəti “yaxşılaşmağa davam edir” və o, "Paxlovid" dərmanı ilə müalicə olunur.