Bakı. Trend:
Türkiyə 2022-ci ilin yanvar-iyun aylarında Qazaxıstana xalça ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artıraraq 25,4 milyon dollara çatdırıb.
Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.
İyun ayında Türkiyə Qazaxıstana xalça ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 43,1 dəfə artıraraq 4,2 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 faiz azalaraq 1,4 milyard dollara bərabər olub.
Bu ilin iyun ayında Türkiyə 226 milyon dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 24 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2021-iyun 2022) Türkiyə 2,9 milyard dollar məbləğində xalça ixrac edib.