Bakı. Trend:
Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün 1 900 dolları ötüb.
Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın avqust fyuçersləri 1 929 dollar ətrafında alınıb-satılır.
Gün ərzində qiymətlər 3 faiz artıb.
Qeyd edək ki, ötən gün "Qazprom"un Avropaya qaz nəqlini azaltmaq qərarı fonunda təbii qaz 12 faiz bahalaşmışdı.
Xatırladaq ki, martın əvvlində Avropada təbii qaz qiymətləri tarixi rekord vuraraq 3 900 dollara çatmışdı.