...

Mərakeş koronavirusla bağlı fövqəladə vəziyyətin müddətini uzadıb

Dünya xəbərləri Materials 28 İyul 2022 05:12 (UTC +04:00)
Mərakeş koronavirusla bağlı fövqəladə vəziyyətin müddətini uzadıb

Bakı. Trend:

Mərakeş hakimiyyəti koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə 20 mart 2020-ci ildə tətbiq edilən fövqəladə vəziyyətin müddətini uzadıb.

Trend xəbər verir ki, fövqəladə vəziyyətin müddəti 2022-ci il sentyabrın 30-dək uzadılıb.

Bu qərar hökumətin iyulun 27-də pandemiyanın yayılmasının qarşısını almaq üçün keçirilən iclasda qəbul edilib.

Bildirilir ki, bu addım hökumət orqanlarının pandemiyanın yayılması ilə mübarizə üçün görülən tədbirlərin səmərəliliyini və nəticəliliyini təmin etmək məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti