Bakı. Trend:
ABŞ-ın Kentukki ştatında daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb.
Trend-in məlumatına görə, bu barədə ştatın qubernatoru Endi Beşir deyib.
"Bu gün saat 11:00-a olan məlumata görə, ştatın beş rayonunda 25 nəfərin öldüyünü təsdiqləyə bilərik", - deyə E.Beşir qeyd edib.
Eyni zamanda o, ölənlərin sayının artmaqda davam edəcəyini vurğulayıb. Daha əvvəl təbii fəlak nəticəsində 15 nəfərin öldüyü bildirilib.