...

Yeni Zelandiyada kimyəvi hücum təhlükəsi səbəbindən 80 nəfər təxliyə edilib

Dünya xəbərləri Materials 5 Avqust 2022 07:18 (UTC +04:00)
Yeni Zelandiyada kimyəvi hücum təhlükəsi səbəbindən 80 nəfər təxliyə edilib

Bakı. Trend:

Yeni Zelandiyanın Levin şəhərinin 80-dən çox sakini partlayış və kimyəvi hücum təhlükəsi ilə əlaqədar evlərindən təxliyə olunub.

Trend xəbər verir ki, şəhərin evlərindən birində cinayətkar kimyəvi maddələri partlatmaqla sakinləri hədələyir. Hüquq-mühafizə orqanlarının əməkdaşları yaxınlıqdakı ərazilərin sakinlərini təxliyə etmək qərarına gəliblər.

Polis müfəttişi Sarah Stüart deyib: "Polis əməkdaşları vəziyyəti həll etməyə çalışır, lakin bizim prioritetimiz insidentdə iştirak edənlərin hamısının təhlükəsizliyidir".

Daha 40 sakin mümkün təcili təxliyə ilə bağlı xəbərdarlıq edilib. Hadisənin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti