...

"Tesla" bu il "Semi" elektrik yük avtomobilinin tədarükünə başlayacaq

Dünya xəbərləri Materials 11 Avqust 2022 02:51 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın elektrik avtomobil istehsalçısı "Tesla" bu il "Semi" elektrik yük avtomobilinin, gələn il isə "Cybertruck" pikapının tədarükünə başlayacaq.

Trend xəbər verir ki, bunu şirkətin icraçı direktoru İlon Mask özünün "Twitter" səhifəsində yazıb.

Aprel ayında biznesmen şirkətin Texasda yeni zavodunun açılışına həsr olunmuş tədbir zamanı 2023-cü ildə həm "Cybertruck", həm də "Semi"nin tədarükünə başlayacağını vəd etmişdi.

İnvestorlar həmçinin, İ.Maskın "Twitter Inc"i almaq üçün müqaviləni imzalamaq məcburiyyətində qalma ehtimalı qarşılığında "Tesla"nın 6,9 milyard dollarlıq səhmlərini satması xəbərini də qiymətləndirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti