...

BAEA rəhbəri Zaporojye AES-i ziyarət etmək istəyir

Dünya xəbərləri Materials 11 Avqust 2022 05:34 (UTC +04:00)
BAEA rəhbəri Zaporojye AES-i ziyarət etmək istəyir

Bakı. Trend:

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi Zaporojye AES-i ziyarət etmək istəyir.

Trend xəbər verir ki, bu barədə BAEA-nın saytında yerləşdirilən məlumatda deyilir.

R.Qrossinin sözlərinə görə, o, öz planları barədə BMT Təhlükəsizlik Şurasına məlumat verəcək: "İndi həmişəkindən daha çox, Atom Elektrik Stansiyalarında BAEA-nın olması mümkün nüvə fəlakəti riskini azaltmağa kömək etmək üçün çox vacibdir".

R.Qrossi vurğulayıb ki, missiya üçün Moskva və Kiyevin əməkdaşlığı, anlayışı və yardımı, həmçinin BMT və Baş Katib Antonio Quterreşin dəstəyi tələb olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti