...

Ankara Zaporojye AES-in təhlükəsizliyini təmin etməyə çağırıb

Dünya xəbərləri Materials 25 Avqust 2022 03:17 (UTC +04:00)
Ankara Zaporojye AES-in təhlükəsizliyini təmin etməyə çağırıb

Bakı. Trend:

Türkiyə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndə heyətinin Zaporojye AES-ə baş tutacaq səfərini alqışlayır.

Trend xəbər verir ki, bunu "CNN International" telekanalının efirində Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

"Çox yaxında, gələn həftə və ya 10 gündən sonra BAEA nümayəndə heyətinin AES ərazisinə səfər edəcəyini öyrənməkdən şadıq", - deyə İ.Kalın bildirib.

Onun sözlərinə görə, Ankara beynəlxalq ictimaiyyəti Zaporojye AES-də və onun ətrafında təhlükəsizliyi təmin etmək məqsədi daşıyan bu təşəbbüsü dəstəkləməyə çağırır.

İ.Kalın həmçinin Türkiyənin Zaporojye AES-ə münasibətdə vasitəçi kimi mövqeyindən istifadə etməsindən də danışıb.

O xatırladıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə mətbuat konfransında Zaporojye AES-dəki kritik vəziyyətlə bağlı məsələni qaldırıb. O əlavə edib ki, Türkiyə müxtəlif kanallar və səviyyələrlə Rusiyaya oxşar siqnallar göndərib.

İ.Kalın vurğulayıb ki, Türkiyə Zaporojye AES-in ikinci Çernobıl olmasını istəmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti