...

ABŞ-da aclıqla mübarizə məsələləri ilə bağlı konfrans keçiriləcək

Dünya xəbərləri Materials 29 Avqust 2022 16:58 (UTC +04:00)
ABŞ-da aclıqla mübarizə məsələləri ilə bağlı konfrans keçiriləcək
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezident administrasiyası son 50 ildə ilk dəfə aclıq, qidalanma və sağlamlıq məsələləri üzrə konfransın keçiriləcəyini elan edib.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin açıqlamasında deyilir.

Qeyd olunur ki, konfransın sentyabrın 28-də keçirilməsi nəzərdə tutulur. Məlumata əsasən, konfransın məqsədi aclığın qarşısını almaq və 2030-cu ilədək qidalanma ilə əlaqəli xəstəliklərin sayını azaltmaq məsələlərinin müzakirə olunmasıdır.

Konfransda ABŞ hökumət nümayəndələri, alim və mütəxəssislərin iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti