Bakı. Trend:
İran Natanzdakı yeraltı obyektdə qabaqcıl IR-6 sentrifuqalarından istifadə etməklə uranı 5 faizə qədər zənginləşdirməyə başlayıb.
Trend xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) hesabatında deyilir.
2015-ci ildə İranın nüvə sazişinə uyğun olaraq icazə verilən uranın zənginləşdirilməsi səviyyəsi 3,67 faizdən çox olmamalıdır.