...

Milan hava limanında əlil arabasında gizlədilmiş 13 kq kokain aşkar edilib

Dünya xəbərləri Materials 4 Sentyabr 2022 03:28 (UTC +04:00)
Milan hava limanında əlil arabasında gizlədilmiş 13 kq kokain aşkar edilib

Bakı. Trend:

İtaliyanın Milan hava limanında polis iti elektrik əlil arabasının dəri döşəyinə yığılmış 13 kq-dan çox kokain tapmaqda sərhəd polisinə kömək edib.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" qəzeti İtaliyanın rəsmi mənbələrinə istinadən bildirib.

Məlumata əsasən, Dominikan Respublikasından gələn sərnişinləri yoxlamaq üçün hava limanında xüsusi kinoloji bölmə quraşdırılıb. Buna səbəb əvvəllər bu marşrutun narkokuryerlər tərəfindən istifadə edilməsidir.

Həmin itin polis əməkdaşlarının diqqətini səyahətçiyə çəkəndən sonra onun baqajını yoxlanılıb, lakin yoxlama heç bir nəticə vermədi, daha sonra kinoloqlar əlil arabasının üzlüyünü kəsərək kokain aşkar ediblər.

Sərnişin yerli həbsxanaya aparılıb, bundan sonra hakimiyyət orqanları onu istintaqa qədər həbsdə saxlamaq qərarına gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti