Bakı. Trend:
2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 faiz azalaraq 1,7 milyard dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin avqust ayında Türkiyə 224,8 milyon dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 5,5 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2021- avqust 2022) Türkiyə 2,8 milyard dollar məbləğində xalça ixrac edib.