Bakı. Trend:
Hüquq-mühafizə orqanları Kanadanın Saskaçevan vilayətində 10 nəfəri bıçaqlayaraq öldürən iki şübhəli cinayətkardan birinin meyitini tapıblar.
Trend-in məlumatına görə, bu barədə "CTV" televiziya kanalı Milli Polis komissarının köməkçisi Ronda Blekmora istinadən bildirib.
R.Blekmor deyib ki, 31 yaşlı Damyen Sandersonun cəsədi Kanadadakı "hündür otlar arasında" Ceyms-Smit-Kri-Neyşn adlı Kanadanın yerli sakinlərinin məskun yerində tapılıb.
İkinci şübhəli şəxs ölən cinayətkarın 30 yaşlı qardaşı Mayls Sandersonun axtarışı hələ də davam edir.