...

Hulusi Akar Türkiyə ordusunun İraqda zərərsizləşdirdiyi terrorçuların sayını açıqlayıb

Dünya xəbərləri Materials 12 Sentyabr 2022 17:23 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında həyata keçirdiyi "Pəncə-Kilid" antiterror əməliyyat çərçivəsində bu günədək 371 terrorçi zərərsizləşdirib.

Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlayıb.

Nazir əlavə edib ki, bu müddət ərzində 4 mindən çox sığınacaq və 2 mindən çox partlayıcı maddə zərərsizləşdirilib.

H.Akar antiterror əməliyyatının davam etdirildiyini bildirib.

Xatırladaq ki, Türkiyə ordusu aprelin 18-dən İraqın şimalında "Pəncə-Kilid" antiterror əməliyyatına başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti