...

Fransa kosmik sahəyə 9 milyard dollardan çox vəsait ayıracaq

Dünya xəbərləri Materials 18 Sentyabr 2022 23:11 (UTC +04:00)
Fransa kosmik sahəyə 9 milyard dollardan çox vəsait ayıracaq

Bakı. Trend:

Fransa kosmik sahəyə 9 milyard dollardan çox vəsait ayıracaq.

Trend xəbər verir ki, bu barədə Fransanın Baş naziri Elizabet Borna istinadən "Le Figaro" qəzeti məlumat yayıb.

"Ümumilikdə, Fransa elmi tədqiqatlar və kosmik sənayemiz üçün yaxın üç ildə kosmik sahəyə 9 milyard avrodan çox sərmayə yatırmağa hazırlaşır", - deyə E.Born bildirib.

Baş nazir vurğulayıb ki, bu mühüm investisiya ölkənin fevral ayında Fransa prezidenti Emmanuel Makron tərəfindən müəyyən edilmiş kosmik strategiyasını həyata keçirmək üçün nəzərdə tutulub.

E.Born həmçinin Avropa Kosmik Agentliyinin yeni "Arian 6" daşıyıcı raketinin buraxılışını hazırlamaq məqsədini də qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti